Ruhaninin Ermənistan səfərinə XİN-dən REAKSİYA
18:08 21 Dekabr 2016
“İran müstəqil dövlətdir və bu səfər İran hökumətinin öz qərarıdır”.
Bunu İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri ilə əlaqədar Femida.az-ın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O bildirib ki, Azərbaycan-İran münasibətlərinin təməl prinsiplərindən biri də ölkələrin bir-birinin daxili işlərinə qarışmamasıdır: “Amma nəzərə almaq lazımdır ki, Ermənistan regionda destruktiv siyasət yürüdən, qonşu dövlətlərə ərazi iddiaları irəli sürən, Azərbaycana qarşı təcavüz və işğal törətmiş dövlətdir. Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində törətdiyi qanlı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşamaq məcburiyyətindədir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrini, o cümlədən İslam dininə aid ibadət ocaqlarını, məscidləri talan və məhv etmiş, təhqir obyektinə çevirmiş ölkədir”.
Femida.az
Oxunub: 1416
Oxşar xəbərlər
- Ruhaninin yeni köməkçiləri qadınlar olacaq
- Ruhaninin andiçmə mərasimi keçirilib
- Ruhaninin qardaşı azad edildi - Pul girovu müqabilində
- Ruhaninin həbs olunan qardaşı xəstəxanaya düşdü
- Ruhaninin qardaşı niyə həbs olunub? - TƏFƏRRÜAT
- Ruhaninin Rusiyaya səfər tarixi açıqlandı
- Ruhaninin İrəvan səfərinin proqramı açıqlandı
- Ruhaninin şərəfinə Bakıda ziyafət verildi
- Ruhaninin Bakı səfərinin vaxti bilindi
- Ruhaninin tərəfdarları qalib gəldi