Gəncədə ev yanıb


04:57     15 İyun 2016 bfd355e3f72195293c6b912c5c991582.jpg

Gəncədə yaşayış evində yanğın baş verib.


Femida.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospekti 2-ci dalanda yerləşən 3 otaqlı evdə qeydə alınıb.

Yanğının mənzildə qaz sızmasından yarandığı ehtimal edilir. Hadisə yerinə Gəncə Yanğından Mühafizə Hissəsinin 4 avtomobili və canlı qüvvəsi cəlb olunub. Alov tez bir zamanda söndürülüb. Yanğın 120 kvadratmetr sahəsi olan evin 2 otaq və bir aynabəndini yararsız hala salıb. Bir otaq isə alovdan qorunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1187