Gəncədə avtomobil piyadanı vurub


00:44     01 Dekabr 2017 1436105092_1433932210_gencede-piyadanin-olumu-ile-neticelenen-yol-qezasi-bash-verib%20(1)6.jpg

Gəncə şəhərində avtomobil piyadanı vurub.

Məlumata görə, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Piyada "QAZ-3110" markalı avtomobillə vurulub və yaralı sürücü tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılaraq Travmatologiya şöbəsinə yerləşdirilib.
Onun 20-25 yaşlarında olduğu bildirilir. Yaralının şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 642