Seçiciləri deputatı görüşə çağırdılar


23:16     17 İyun 2016 Cingiz-Qenizade-Brifinq-10.jpg

Deputat Çingiz Qənizadə İmişlinin ən böyük kəndlərindən olan Qızılkənd kəndinin bir qrup sakinin müraciəti əsasında onlarla görüş keçirib.


Femida.az xəbər verir ki, görüş zamanı kənd sakinləri onları narahat edən məsələni - örüş-otlaq sahəsi kimi istifadə etdikləri torpaq sahəsinin bir neçə şəxs tərəfindən zəbt edilməsi faktını millət vəkilinin diqqətinə çatdırıblar.

Ç.Qənizadə seçicilərini narahat edən bu məsələnin qanunauyğun, obyektiv şəkildə araşdılacağını və hüquqi müstəvidə həll olunacağını bildirib.

Bu gün həmçinin Çingiz Qənizadə İmişlinin Göbəktala kəndində dəfn edilmiş şəhid zabitimizin qırx mərasimində də iştirak edib.

Qeyd edək ki, kapitan Savalanov Nəcməddin Akif oğlu aprel ayının əvvəllərində döyüş əməliyyatları zamanı yaralanmış və mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında həkimlərin bütün səylərinə baxmayaraq dünyasını dəyişmişdi.

Açar sözlər:

Oxunub: 1097