Rusiya qırıcılarından fosforlu bomba hücumu


22:57     21 İyun 2016 rus%20qiric.jpg

Rusiya ordusuna məxsus qırıcılar Suriyanın Hələb şəhərinin ətraf bölgələrinə fosfor bombaları ilə hücum edib.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rusiya qırıcıları Anadan və Hreytan rayonlarının yaxınlığındakı Kefr Hamra, Maraat Atik və Yakid bölgəsini hədəf alıblar. Bombanın düşdüyü bölgələrdə yanğınlar baş verib. Ancaq ölən və yaralananlar barəsində heç bir açıqlama verilməyib.

Qeyd edək ki, Hələbdə müxaliflət qüvvələrin nəzarətində olan bölgələrə bir aydır fosfor, vakkum və “misket” bombaları ilə hücum edən Rusiya qırıcıları şəhərin mərkəzindəki məktəbi, xəstəxananı, mülki müdafiə mərkəzlərini, bazarları hədəf alır.

Femida.az

Açar sözlər:

Oxunub: 1245