Zakir Həsənov cəbhədə - orduya göstəriş verdi
15:20 22 İyun 2016
Azərbaycan Silahlı Qüvvələrin 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan başlanan operativ-taktiki təlimlər davam edir.
Femida.az-ın xəbərinə görə, bu gün cəbhə boyu ərazilərdə təlimlərin növbəti döyüş atışlı mərhələsi başlayıb.
Təlimdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov da iştirak edir. Təlim başlanmazdan əvvəl nazir birlik, birləşmə, hərbi hissə və qərargah rəhbərləri ilə görüşüb. O, Təlimlərin təşkili vəziyyəti ilə maraqlanıb, göstərişlərini verib. Daha sonra təlim başlayıb.
Qeyd edək ki, təlimlər iyunun 24-dək davam edəcək. Təlimlərdə 25 min nəfərədək şəxsi heyət, 300-də çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri iştirak edir.
Oxunub: 4742
Oxşar xəbərlər
- Zakir Həsənov şəxsi heyətlə iş üzrə zabitlərlə görüşüb
- Zakir Fərəcov iki məmuru işdən çıxardı
- Zakir Həsənov müşavirə keçirdi - Nazirdən tapşırıq
- Zakir Həsənov `Rembo`nu Gülhanəyə göndərdi
- Zakir Həsənov əsgər valideynləri ilə görüşdü - FOTOLAR
- Zakir Həsənov rumıniyalı həmkarı ilə görüşdü
- Zakir Həsənov tank bölmələrində olub
- Zakir Həsənov cəbhə xəttinə getdi - FOTOLAR
- Zakir Həsənov Anjey Kaspşik ilə görüşdü
- Zakir Həsənov yeni idarəetmə məntəqəsinin açılışında iştirak edib