İngiltərə üçün tarixi gün


13:33     23 İyun 2016 Ako_izglasaju_izlazak_iz_EU_Britanci_ce_se_pridruziti_trgovinskoj_zoni_Srbije_BiH_Albanije_i_Ukrajine0.jpg

Böyük Britaniya xalqı bu gün Avropa Birliyi tərkibindəki gələcəyinə aydınlıq gətirəcək. İngilislər ölkənin Birliyin tərkibində qalıb-qalmayacağını müəyyən etmək üçün bu gün referendumu keçirir.


Femida.az xəbər verir ki, ötən gün səsvermə ilə əlaqədar sonuncu təşfiqat kampaniyası keçirilib. Artıq hər kəs diqqətini səsvermənin nəticələrinə yönəldib.

Ölkənin siyasi arenasında bir tərəfdə baş nazir Devid Kemeron, müxalif leyboristlər partiyasının lideri Ceremi Korbin və liberal demokrat Tim Ferron Avropa Birliyi tərkibində qalmaq üçün təşviqat aparıb.

Digər tərəfdə isə, mühafizəkar Boris Conson və Müstəqillik Partiyasından Naycel Faraj Böyük Britaniyanın Avropa Birliyi xaricində daha təhlükəsiz olacağını bildirib

Avropa liderləri referendumla əlaqədar Britaniyaya sonuncu dəfə xəbərdarlıq ediblər. Britaniyada 46 milyon insan səsvermədə iştirak edə bilər.

Femida.az

Açar sözlər:

Oxunub: 2232