Zaxarova Qarabağ məsələsini şərh edib


21:51     23 İyun 2016 zaxarova.jpg

"Sankt-Peterburqda keçirilən üçtərəfli görüş barədə prezidentlərin birgə bəyanatı qəbul olunub. Həmin bəyanatda danışıqlar prosesində nələrin müzakirə olunduğu və hansı razılıqlar əldə edildiyi əksini tapıb".


Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

O, görüşdə əldə olunan razılığı kiminsə özünəməxsus şəkildə interpretasiya etməyə cəhd göstərməsinin yolverilməz olduğunu bildirib.

Rusiyanın münaqişəsinin həlli prosesində təşəbbüsü ələ alması ilə bağlı yayılan fikirlərə toxunan diplomat qeyd edib ki, bu məlumatların heç bir əsası yoxdur: "Sankt-Peterburq görüşündən qabaq guya Rusiyanın münaqişənin həlli ilə bağlı təşəbbüsü ələ alması ilə bağlı məlumatlar yayılırdı. Həmin məlumatlarda bildirilirdi ki, Rusiya Minsk qrupunu danışıqlar prosesindən uzaqlaşdırmaq, danışıqların formatın dəyişmək istəyir. Lakin Sankt-Peterburqda keçirilən üçtərəfli görüş bunun belə olmadığını bir daha sübut etdi. Həmin görüşə Minsk qrupunun həmsədrləri də qatılmışdılar. Onlar görüşün keçiriləcəyi barədə əvvəldən məlumatlandırılmışdılar. Rusiya çalışır ki, Minsk qrupu çərçivəsində llərdir, formalaşan potensialı qoruyub saxlasın".

M. Zaxarova tərəflərin Sankt-Peterburq görüşünü yüksək qiymətləndirdiyini də xatırladıb: "Əgər tərəflər belə qiymət veribsə, deməli, görüş həqiqətən də, yüksək səviyyədə keçib".(APA)

Femida.az

Açar sözlər:

Oxunub: 662