Dənizdən 18 yaşlı oğlan meyiti tapıldı
14:12 25 İyun 2016
FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin əməkdaşları 3 gün öncə suda boğulan 18 yaşlı oğlanın meyitini tapıb ailəsinə təhvil veriblər.
Femida.az FHN-in saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, 22 İyun 2016-cı il tarixində Bakı şəhəri, Pirallahı rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 10 km aralıda) batmış 1998-ci il təvəllüdlü İsmayıllı Fərid Ədalət oğlunun axtarışları başa çatıb.
F.İsmayıllının cəsədi Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 10 km aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 08:30-da başa çatıb.
Oxunub: 1153