1 günə 128 milyard dollar itirdilər


15:25     27 İyun 2016 brexit%20tramp.jpg

“Bloomberg” hesablayıb ki, dünyanın 400 ən zəngin insanı Böyük Britaniyanın Avropa İttifaqından çıxması fonunda gün ərzində 127,4 milyard dollar itirib.


Femida.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, itkilər barədə informasiyat “Bloomberg Billionaires Index”ə daxil edilmiş məlumatların təhlili əsasında əldə edilib.

İyunun 24-də qlobal fond bazarında çöküş səbəbilə milyarderlər aktivlərinin dəyərlərinin 3,2 faizini itiriblər. İndi isə onların sərəncamında ümumilikdə 3,9 trilyon dollar var.

Ən çox itkiyə isə “Indıtex” şirkətinin qurucusu ispaniyalı biznesmen Amansio Orteqa məruz qalıb. Avropanın ən təminatlı insanı olan A. Orteqa 6 milyard dollar itirib.
Daha doqquz nəfərin hər biri 1 milyard dollardan çox vəsait itirib. Onların arasında “Microsoft”un qurucusu Bill Qeyts, “Amazon” rəhbəri Ceff Bezo da var.

Açar sözlər:

Oxunub: 1549