MHP parçalanır - Türk millətçiləri şokda


18:41     01 İyul 2016 meral-akşener1.jpg

Türkiyə siyasi dairələrində Meral Akşenerin yeni partiya yaradacağı haqqında söz-söhbətlər dolaşır. Yaradılacaq yeni partiyanın adının ya `Ülkücü Hərəkat Partiyası`, ya da `Milliyyətçi Çalışma Partiyası` olacağı deyilir.


Bu barədə Femida.az “Türkiye” qəzetinə istinadən xəbər verir.

İddialara görə, Meral Akşener MHP-də onu dəstəkləyən deputatlarla yeni yaradılacaq partiyada birləşəcək. Akşenerin fikri 20 millət vəkili ilə TBMM-də qrup yaratmaqdır.

Qeyd edək ki, `Milliyyətçi Çalışma Partiyası` 12 sentyabr 1980-cı il çevrilişindən sonra fəaliyyətini dayandırmışdı.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 1373