Suraxanıda ev yandı


14:25     04 İyul 2016 2015-05-14-09-24-12fhn-yangin-masin-full-liderxeber-640-sekil.jpg

Suraxanı rayonunda vətəndaşa məxsus mənzildə yanğın olub.


Femida.az FHN-in saytına istinadən bildirir ki, Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin bir otağında məişət əşyaları, mətbəxin və dəhlizin lambirdən ibarət tavanı 12 kv.m sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 07:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1096