Suraxanıda ev yandı


00:15     28 Avqust 2017 1418722479_publika.az1396162969yangin.jpg

Bakı şəhəri, Suraxanı rayonunda yanğın qeydə alınıb.


Fövqəladə Hallar Nazirliyindən Femida.az -a verilən məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 40 m2 olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m2 sahədə, bitişik ümumi sahəsi 4 m2 olan hamam otağının lambirindən ibarət tavanı 4 m2 sahədə və həyətyanı sahədə 300 m2 sahədə quru ot yanıb.

Evin və hamam otağının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 12:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 732