Gəlin toy gecəsi suda boğuldu
14:45 04 İyul 2016
Rusiyada toy zamanı faciə baş verib. Gəlin öz toyunda suda boğularaq ölüb.
Femida.az Rusiyanın “Telekanal360” kanalına istinadən xəbər verir ki, hadisə Moskva ətrafında, Klyazminsk su anbarının ərazisində baş verib. Yeni evli cütlük dostları və yaxınlarının müşayiəti ilə toylarını qeyd etmək üçün anbarın kənarına gəliblər. Onlar axşama kimi yeyib-içiblər. Axşam saatlarında isə gənclər üzməyə qərar veriblər. Onlar üzərək bir sahildən digərinə keçmək niyyəti ilə suya giriblər.
Gəlin rəfiqəsi ilə yan-yana üzüb. Lakin sahidən bir neçə metr aralandıqdan sonra qəfildən batmağa başlayıb və suyun dibinə gedib. Rəfiqəsi cəhd etsə də, onu xilas edə bilməyib.
Qonaqlar və bəy də dərhal onlar olan yerə üzüblər. Lakin qadını tapmaq mümkün olmayıb və hadisə yerinə xilasedicilər çağırılıb. 32 yaşlı gəlinin meyitini səhər saatlarında sudan çıxarmaq mümkün olub.
Qeyd edək ki, adıçəkilən su anbarında üzməyin qadağan edilməsi barədə nişanlar qoyulsa da, onlara əhəmiyyət verən yoxdur.
Femida.az
Oxunub: 2155
Oxşar xəbərlər
- Gəlin maşınından imtina etdilər - Bakıda bəy hamını təəccübləndirdi
- Gəlin qayınanasını döydü - Masallıda
- Gəlin və baldız azyaşlı övladları ilə birlikdə itkin düşüb
- Gəlini aparmağa gələnlər qız evini soydular - Bakıda
- Gəlin toy gecəsi sevdiyi oğlana qoşulub qaçdı - İmişlidə şok hadisə
- Gəlinini öldürən qayınata `xəstə çıxdı`
- Gəlinini yaba ilə öldürən qayınataya ağır cəza
- Gəlinini yaba ilə öldürdü - 9 yaşlı nəvəsi ifadə verdi
- Gəlini qayınana, qayınata və ər birgə öldürübmüş - Qəbələdə dəhşətli qətl
- Gəlinlərin ölümü ilə yadda qalan həftə - XRONİKA