Çavuşoğlu “İncirlik” bəyanatını təkzib etdi


20:11     04 İyul 2016 2016-01-21-cavusoglu-suudi-koalisyonunda-muharip-guc-olusmayacak.jpg

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın “İncirlik” bazasından istifadə etməsi ilə bağlı çıxşının səhv anlaşıldığını bəyan edib.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mövlud Çavuşoğlu bildirib ki, rəsmi Ankara İŞİD terror qruplaşmasına qarşı mübarizədə Rusiya ilə əməkdaşlıq etməyə hazırdır.

“Amma bu məqsədlə “İncirlik” hərbi bazasından istifadə olunmasından söhbət getmir. “İncirliy”in ruslara açılması ilə bağlı ifadəm olmayıb. Hər kəslə işbirliyi qura bilərik demişəm. Bir daha prezidentin “əgər İŞİD-dən narahatsınızsa, gəlin birlikdə mübarizə aparaq” sözlərini xatırlatdıq. Bundan sonrakı dövrdə Rusiya ilə əməkdaşlıq edə biləcəyimizi açıqladıq”.

Açar sözlər:

Oxunub: 1611