Çavuşoğlu misirli həmkarı ilə telefonla danışdı


19:25     23 İyul 2017 movlud7.jpg

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Misir xarici işlər naziri Samih Şükrü arasında telefon danışığı olub.

Telefon danışığı M. Çavuşoğlunun təşəbbüsü ilə baş tutub və Qüdsdə Əl-Aksa məscidi ilə bağlı məsələ müzakirə olunub.

Bu, Misirdə prezident Məhəmməd Mursinin devrilməsindən sonra iki ölkə arasında yüksək səviyyəli ilk təmasdır.

Qeyd edək ki, M. Çavuşoğlu Əl-Aksa məscidi ilə bağlı dünən Pakistan, İordaniya və Özbəkistan xarici işlər nazirləri ilə müzakirə aparıb.

Femida.az

Açar sözlər:

Oxunub: 699