Nalbandyan vəzifəsindən kənarlaşdırılır


16:58     06 İyul 2016 nalbadyan.jpg

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan vəzifəsindən kənarlaşdırılacaq.


Femida.az xəbər verir ki, bunu Ermənistanın “Qraparak” qəzeti yazıb. Nəşr iddia edir ki, Nalbandyanın yerinə artqı namizədlər seçilir:

“Nalbandyanın taleyi artıq həll olunub. Hazırda onun yerinə mümkün namizədlər nəzərdən keçirilir. Onlar əsasən prezident Serj Sarkisyanın administrasiyasının gənc əməkdaşlarıdır. Yüksək etimad göstərilən namizəd Prezident Aparatının rəhbəri Viqen Sarkisyandır”.

Qəzet həmçinin nazirin gələcək taleyi barədə də yazıb: “Ermənistanın Fransadakı səfiri Viqen Çiteçyanın bu ay 75 yaşı tamam olub və səfir vəzifəsindən getmək üçün bir neçə dəfə ərizə verib. Lakin hər dəfə ona gözləməyi məsləhət görüblər. Çünki səfirin yeri Nalbandyan üçün saxlanılıb”.

Qeyd edək ki, Ermənistanın yeni konstitusiyasına görə XİN-in səlahiyyətləri genişləndiriləcək. Belə ki, xarici işlər naziri eyni vaxtda baş nazirin müavini olacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1534