“Sınıq Körpü“dəki sıxlıq tam aradan qaldırılıb


00:55     07 İyul 2016 siniq%20korpu.PNG

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Sınıq Körpü” gömrük keçid məntəqəsində hazırda sıxlıq tam aradan qaldırılıb.

Bu barədə Femida.az-a Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, üç xətt vasitəsilə avtomobillərin intensiv keçidinin təmin olunduğu “Sınıq Körpü” gömrük keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və hazırda sıxlıq tam aradan qaldırılıb”.

Açar sözlər:

Oxunub: 1206