Kəşmirdə toqquşma: 18 ölü


02:31     11 İyul 2016 kesmir.jpg

Hindistan Kəşmirində hökumət qüvvələri ilə nümayişçilər arasında iki gündür davam edən toqquşmalarda biri polis olmaqla azı 18 nəfər ölüb, 200-dən artıq insan yaralanıb.


Femida.az xəbər verir ki, nümayişlər üsyançıların lideri Burhan Vaninin ölümündən sonra başlayıb. Hökumət qüvvələri nümayişçilərə qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.

Bu, 2010-cu ildən bəri Hindistanda baş verən ən böyük etiraz aksiyasıdır.

Qeyd edək ki, 1947-ci ildən bəri Hindistan ilə Pakistan Kəşmirə görə münaqişə vəziyyətindədir. Hər iki ölkə bu dağlıq regionun onun ərazisi olduğunu iddia edir.

Açar sözlər:

Oxunub: 1170