Kəşmirdə partlayış - 4 polis ölüb


17:45     06 Yanvar 2018 kesmir%20muhasire.jpg

Hindistanın Cammu və Kəşmir ştatında baş verən partlayış nəticəsində azı 4 polis ölüb.


Femida.az-ın məlumatına görə, bu barədə ştat polisinin “Twitter” hesabında məlumat verilib. Hadisə Sopor şəhərindəki bazarda yerli vaxtla saat 10:20-də qeydə alınıb.

Partlayış əldə düzəldilmiş partlayıcı qurğunun işə salınması nəticəsində baş verib.

Femida.az

Açar sözlər:

Oxunub: 841