Qaçqın düşərgəsində 8 nəfər ölüb


03:04     12 İyul 2016 13a4827c95ce7fa729dd4b3f30c09b1c.jpg

Сənubi Sudanın paytaxtı Cubedə BMT sülhməramlılarının mühafizə etdiyi qaçqın düşərgəsində 8 nəfər ölüb, 50-si yaralanıb.



APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik bəyan edib.

“BMT-nin Cənubi Sudandakı missiyasından aldığımız məlumata görə, son sutka ərzində qaçqın düşərgəsində hücumlar nəticəsində 67 nəfər yaralanıb, onlardan 8-i həyatını itirib”, deyə S.Düjarrik bildirib.

Bundan əvvəl BMT-nin digər nümayəndəsi Fərhan Hak Sudanda Çindən olan iki sülhməramlının öldüyünü, daha 7-nin yaralandığını bildirib.

Cənubi Sudanın paytaxtı Cube şəhərində hökumət qoşunları ilə müxalifət arasında şiddətli döyüşlər gedir. Son bir neçə gün ərzində ölənlərin sayı 272 nəfərə çatıb.

Açar sözlər:

Oxunub: 1673