Həmsədrlərin regiona səfəri gözlənilir


14:11     12 İyul 2016 hemsedrler.jpg

ATƏT-in Minsk Qrupunun həmsədrləri yenidən münaqişə zonasına səfər etməyi planlaşdırırlar, lakin səfərin dəqiq tarixi hələlik bəlli deyil.


Femida.az -ın RİA “Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bildirib. Diplomat deyib ki, tarixi tərəflərlə razılaşdırmağa, onların iş qrafikinə uyğunlaşdırmağa çalışırlar.

O, dünən Vyanada həmsədr ölkələrin səfirləri də daxil olmaqla Minsk qrupunun iclasının keçirildiyini də bildirib: "Ümumilikdə, bütün bu görüşlər həmsədrlər tərəfindən həyata keçirilən son vasitəçilik səylərini və Sankt-Peterburq sammitinin nəticələrinə həsr olunub. Fransalı və amerikalı həmkarlarım Fransua Olland və Con Kerrinin fikirləri barədə məlumat verdilər. Biz, həmçinin, növbəti addımlar barədə danışdıq".

Qeyd edək ki, həmsədrlər regiona sonuncu dəfə aprelin 5-də səfər ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 956