Məmmədyarov parlament sədri ilə görüşüb


02:22     30 İyun 2015 elmar1.jpg

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda səfərdə olan Lixtenşteyn Knyazlığının parlamentinin sədri Albert Friklə görüşüb.


XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E.Məmmədyarov bu səfərin iki ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edərək, Azərbaycanla Lixtenşteyn arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əlverişli zəminin olduğunu nəzərə çatdırıb.

A.Frik birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə və möhtəşəm açılış və bağlanış mərasimlərinə görə Azərbaycanı təbrik edib. Avropa Oyunlarının bütün iştirakçılarına, o cümlədən Lixtenşteyndən olan idmançılara yaradılmış yüksək şəraitə görə təşəkkürünü ifadə edən A.Frik Azərbaycanda dinamik inkişafın, sabitliyin və qonaqpərvərliyin şahidi olduğunu nəzərə çatdırıb.

Açar sözlər:

Oxunub: 813