Ərdoğandan ölüm cəzası ilə bağlı İDDİALI AÇIQLAMA
03:38 19 İyul 2016
“Konstitusiya tədbiri çərçivəsində qərar qəbul etmək üçün parlamentin qərarına ehtiyac olacaq. Ona görə də liderlər birlikdə oturub müzakirə etməlidirlər, əgər qəbul etsələr, mən prezident kimi parlamentdən gələn hər hansı qərarı təsdiqləyəcəyəm”.
Femida.az-ın xəbərinə görə, bunu CNN televiziyasına müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan qanunda ölüm cəzasının bərpa etməsi ilə bağlı suala cavabında deyib.
Ərdoğan bildirib ki, bir neçə günə Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı müraciət ediləcək.
Qeyd edək ki, Türkiyədə bu ilin 15 iyulunda hərbi çevrilişə cəhd olub. Cəhdin qarşısını almaq üçün meydanlarda toplaşanlar qiyamçıların cəzalandırılması üçün ölüm cəzasının bərpasını tələb edən şüarlar səsləndiriblər.
Prezident Ərdoğan buna münasibət bildirərkən, qanundan çıxarılmış ölüm cəzasının bərpa edilməsinin parlamentdə yenidən müzakirə edilməsinin mümkünlüyünü ifadə edib.
Femida.az
Oxunub: 1336
Oxşar xəbərlər
- Ərdoğandan fransız jurnalistə SƏRT CAVAB
- Ərdoğandan Trampa sərt cavab: “İradənizi dollara satmayın“
- Ərdoğandan Qarabağ açıqlaması: `Azərbaycanla eyni mövqedən çıxış edirik`
- Ərdoğandan Trampa daha bir xəbərdarlıq
- Ərdoğandan Rusiya haqda açıqlama
- Ərdoğandan Hollandiyaya sərt xəbərdarlıq
- Ərdoğandan BMT-yə təklif
- Ərdoğandan ABŞ-a ağır ittiham: `Dəlillərimiz var`
- Ərdoğandan Qarabağ – Açıqlaması
- Ərdoğandan iddialı açıqlama: `Mosul bizim olub`