İrəvanda gərginlik: 4 polis yaralandı (CANLI - YENİLƏNDİ)
03:11 20 İyul 2016
Ermənistanın paytaxtı İrəvanda vəziyyət gərgin olaraq qalır.
Femida.az erməni mətbuatına istinadən xəbər verir ki, İrəvanda ələ keçirilən polis idarəsinin qarşısında izdihamlı anlar yaşanır.
Polis şöbəsinin ətrafına toplaşmış qəzəbli kütlə Sarkisyanın istefasını tələb edirlər.
Məlumatlara görə, polislərlə nümayiş iştirakçıları arasında toqquşma baş verib. Bir neçə sakinin xəsarət aldığı yayılan məlumatlar sırasındadır.
Bildirilir ki, etiraza qalxan kütlə polis idarəsini ələ keçirən qiyamçıların silahdaşlarıdır.
***
İrəvanda silahlı şəxslər tərəfindən ələ keçirilən post-patrul xidməti alayının binasının qarşısına əlavə polis qüvvələri cəlb olunub.
Binanı mühasirəyə almış polis qüvvələri ərazini ciddi nəzarətə götürüb. Mülki şəxslərlə polislər arasında qarşıdurma yaşanır.
Onlar polisin əməliyyat keçirməsinə mane olmağa çalışırlar.
***
Erməni KİV-lərində yer alan məlumatlara görə, polis idarəsinin qarşısında toplaşan etirazçılar qadağan olunmuş əraziyə keçməyə cəhd ediblər. Onlara mane olan polislərlə müxaliflər arasında toqquşma baş verib. Etirazçılar polis maşınlarını daş-qalaq edib. 4 polisin xəsarət aldığı bildirilir. Xəsarət alanlar arasında sakinlərin də olduğu qeyd edilir.
Bu dəqiqəyə olan məlumatlara əsasən, etirazçılar barilkadalar qurublar. Onlar ərazini tərk etməyəcəklərini deyirlər.
Femida.az
Oxunub: 6294
Oxşar xəbərlər
- DİN: 17 cinayət `isti izlər`lə açılıb
- 30 avqust – Türkiyənin Zəfər bayramı günüdür!
- Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
- Metroda HƏYƏCAN - Qapılar açılmadı, vaqon geri qayıtdı
- Brüsseldə yanğın - Hava limanı bağlandı
- Ollanddan İlham Əliyevə: `Status-kvodan pis bir şey yoxdur`
- Nazir: `Tibb işçilərinin hamısı vicdanla xidmət etmir`
- İki bacının faciəsi: biri öldü, digəri isə komadadır...
- DİN: Goranboyda silah-sursat tapılıb
- Qarabağda insident: İki erməni öldürüldü