Metroda HƏYƏCAN - Qapılar açılmadı, vaqon geri qayıtdı


13:21     12 İyul 2017 metro47.jpg

Bu gün metronun "Həzi Aslanov" stansiyasından "İçəri Şəhər" istiqamətində hərəkətdə olan qatar həyəcanlı anlara səbəb olub.

Femida.az xəbər verir ki, səhər saat 08:45 radələrində metronun "Nərimanov" stansiyasına daxil olan qatar iki dəqiqədən çox platformada qalmasına baxmayaraq, qapılar açılmayıb. Bütün vaqonların sərnişinlə dolu olduğu qatar gəldiyi kimi də "Gənclik" stansiyasına yol alıb.

Sərnişinlər arasında təşvişə səbəb oan hadisənin texniki nasazlıq səbəbi ilə baş verdiyi ehtimal edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1322