Putinlə Ərdoğan harada görüşəcək?


21:48     20 İyul 2016 1445693554putin-erdo4.jpg

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş avqust ayının ilk 10 günü ərzində Rusiyada baş tutacaq.



Femida.az xəbər verir ki, bu barədə Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov Putinlə Ərdoğanın Bakıda görüşəcəyi ilə bağlı xəbəri təkzib edib:

“Görüş Rusiyada baş tutacaq. Lakin şəhər və tarix dəqiq məlum deyil. Bakıda isə Azərbaycan, İran və Rusiya prezidentləri bir araya gələcək”.

Açar sözlər:

Oxunub: 1923