Hərbçilərimiz Rusiyaya yarışa gedir
02:26 22 İyul 2016
İyulun 30-dan avqustun 13-dək Rusiya Federasiyasında “Beynəlxalq Ordu Oyunları - 2016” yarışlarının keçirilməsi planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumatda bildirilir ki, yarışlar çərçivəsində təşkil ediləcək “Xəzər Kuboku - 2016” və “Tank biatlonu - 2016” müsabiqələrində Silahlı Qüvvələrimizin nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Mahaçqala limanı yaxınlığında keçiriləcək “Xəzər Kuboku - 2016” beynəlxalq yarışında ölkəmizi təmsil edəcək Hərbi Dəniz Qüvvələrinin 2 gözətçi və 1 xilasedici yedək gəmisinin, eləcə də onların ekipajlarının iyulun 21-də təntənəli yola salınması mərasimi keçirilib.
“Xəzər Dənizi - 2016” yarışlarında iştirakla yanaşı hərbi dənizçilərimiz Mahaçqala şəhərində olduqları müddətdə digər ölkələrin gəmi ekipajları ilə qarşılıqlı görüşlər, ziyafətlər, mədəni-kütləvi və digər tədbirlər keçirəcəklər.
Oxunub: 927
Oxşar xəbərlər
- Hərbçilərimiz beynəlxalq tədbirdə iştirak edir
- Hərbçilərimiz Zəhranın 40 mərasimində - FOTO
- Hərbçilərimiz Qazaxıstanda birinci yerə çıxıb - VİDEO
- Hərbçilərimiz Ermənistanı üstələyir - Nazirlik
- Hərbçilərimiz Qazaxıstana gedib
- Hərbçilərimiz Moskvaya yollandı - Yarışlara qatılacaqlar
- Hərbçilərimiz Rusiyaya gedir - Yarış keçiriləcək
- Hərbçilərimiz NATO təlimlərində - FOTOLAR
- Hərbçilərimiz Əfqanıstana yola salınıb
- Hərbçilərimiz Pakistana gedir - Təlim keçmək üçün