700 bal toplayan tələbə


02:20     26 İyul 2016 sahbabab.PNG

Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də II və III ixtisas qruplarının abituriyentləri (cari ilin məzunları ) üçün keçirilən qəbul imtahanının nəticələri elan edib.


İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Bakı şəhəri, İ.Hacıyev adına “Tərəqqi” liseyi və BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə də 2 abituriyent (Kürdəmir rayonu, 2 saylı şəhər orta məktəbi və Bakı şəhəri, 220 saylı məktəb-liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Femida.az-ın məlumatına görə, qəbul imtahanında 700 bal toplayan abituriyentlərdən biri də “Hədəf” kurslarının Neftçilər filialının II qrup üzrə abituriyenti Şahbaba Məmmədovdur. O, rus bölməsi üzrə imtahan verib.Bu haqda məlumatı kursun rəsmi səhifələrində paylaşılıb.

Qeyd edək ki, Şahbaba Hədəf Kurslarının məzunudur. Üç ildir rus bölməsi üzrə hazırlaşan Şahbaba Məmmədov hər zaman yüksək nəticə göstərdiyi üçün bütün hazırlıqları ödənişsiz oxuyub.

Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 10189