Rusiya Kiyevin bəyanatını blokladı


14:07     29 İyul 2016 d7b6dc6cf08fa9e4e32afaa83d2a5bf9.jpg

Rusiya nümayəndə heyəti BMT Təhlükəsizlik Şurasında Krımın RF-in Cənub Federal Dairəsinə birləşdirilməsi ilə bağlı Ukraynanın yeni bəyanatını bloklayıb.


“RİA Novosti” agentliyinin yaydığı xəbərə görə, bu barədə Ukraynanın BMT-dəki nümayəndə heyəti “Twitter”dəki səhifəsində bildirib.

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin “Krım Federal Dairə”nin Cənub Federal Dairəsinə birləşdirilməsi ilə bağlı fərman imzalayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 966