Yağış yağacaq


17:44     29 İyul 2016 yagis-112-azermus.png

İyulun 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Abşeron yarımadasında havanın temperaturu gecə 20-23, gündüz 27-31, Bakıda gecə 21-23, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq. Gündüz əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 950