Məleykə Abbaszadə magistrlarla görüşüb


20:13     29 İyul 2016 melekye.JPG

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Azərbaycan dili, riyaziyyat və ingilis dili ixtisasları üzrə magistr dərəcəsi almış gənclərlə görüşü keçirilib.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Femida.az-a verilən xəbərə əsasən, M.Abbaszadə qeyd edib ki, artıq 4 ildir Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında yazı işlərini (eləcə də esseləri) yoxlayıb qiymətləndirəcək mütəxəssislərin (markerlərin) hazırlanması istiqamətində iş aparılır. İndiyədək ana dili və riyaziyyat fənləri üzrə mütəxəssislər hazırlanıb, lakin qarşıdakı tədris ilindən başlayaraq ingilis dili fənni üzrə də markerlərin hazırlanması nəzərdə tutulur.

Görüşdə həmçinin, hər bir fənn üzrə magistrlarla yazı işlərinin yoxlanılması ilə bağlı praktik treninqlər keçiriləcəyi, treninqdə uğurla iştirak edənlərin yazı işlərinin yoxlanılmasına marker qismində cəlb olunacağı və əməkdaşlığın müxtəlif sahələr üzrə aparılacağı vurğulanıb.

Sonda M.Abbaszadə gənc mütəxəssisləri maraqlandıran sualları cavablandırıb.

Açar sözlər:

Oxunub: 1167