Məleykə Abbaszadə Zaqatalaya gedib


19:46     04 Avqust 2017 meleyke_abbaszade_045.jpg

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 4‑də Zaqatala rayonunda vətəndaşları qəbul edib.


DİM-dən Femida.az-a verilən xəbərə görə, qəbulda Zaqatala rayonunun sakinləri ilə yanaşı Balakən, Qax, Şəki rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak ediblər.

Görüşdə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün aparılan elektron ixtisas seçimi, ixtisas seçimi zaman diqqət yetirilməli olan məsələlər, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları, dövlət qulluğuna qəbul və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət edilib. DİM-in səlahiyyətlərinə aid olan bəzi məsələlər yerindəcə həll olunub. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb.
Qeydiyyatdan keçənlərlə yanaşı görüş zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 829