Rus hərbçiləri 239 mülki vətəndaşı öldürüb - Suriyada


00:45     02 Avqust 2016 suriyada-teror-60-l-90-yaral_1.jpeg

Suriyada bu ilin iyul ayında silahlı münaqişə nəticəsində 1 557 mülki vətəndaş həlak olub.


Femida.az "Anadolu"ya istinadən xəbər verir ki, onlardan 253 nəfəri uşaq, 197 nəfəri qadın olmaqla 769 mülki vətəndaş Bəşşar Əsəd rejiminə bağlı qüvvələrin hücumu zamanı dünyalarını dəyişiblər.

Bundan başqa, 105 nəfəri uşaq, 66-sı qadın olmaqla 239 mülki vətəndaş Rusiya, 11-i uşaq, 5-i qadın olmaqla 40 mülki vətəndaş PKK-nın Suriyadakı qanadı PYD, 33-ü uşaq, 14-ü qadın olmaqla 156 mülki vətəndaş isə İŞİD-in həyata keçirdiyi hücumlar zamanı ölüblər.
Eyni zamanda, 15 nəfəri uşaq, 13-ü qadın olmaqla 67 mülki vətəndaş silahlı müxalif qruplar, 78-i uşaq, 39-u qadın olmaqla 189 mülki vətəndaş da beynəlxalq koalisiyanın hücumları zamanı həlak olublar.
Məlumatda həmçinin 36 nəfəri uşaq, 21-i qadın olmaqla 97 mülki vətəndaşın müxtəlif bombalı hucumlarda və qazdan boğularaq öldüyü qeyd edilsə də, hücumun təşkilatçıları məlum deyil.

Açar sözlər:

Oxunub: 1520