Məmmədyarov Lavrov və Kerri ilə görüşəcək


14:55     02 Avqust 2016 memmedyarov5.jpg

Avqustda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın həmsədr ölkələrin xarici işlər nazirləri ilə görüşü keçiriləcək.



Femida.az -ın xəbərinə görə, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Cim Kosta “news.am” saytına müsahibəsində deyib.

“Mən bilirəm ki, avqustda Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Rusiya xarici işlər naziri Serqey Lavrov, Fransa xarici işlər naziri Jan Mark Eyro və ABŞ dövlət katibi Con Kerri ilə görüşü planlaşdırılıb” - deyə, o əlavə edib.

Açar sözlər:

Oxunub: 881