Uorlik prezidentlərin növbəti görüşündən danışdı


21:04     03 Avqust 2016 Ceyms%20Uorlik.jpg

"ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün təşkil edilməsi imkanını nəzərdən keçirirlər".


Femida.az xəbər verir ki, bunu “Ria Novosti” agentliyinə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib. C. Uorlik qeyd edib ki, davamlı sülhün əldə edilməsinin yolu danışıqlar prosesindən keçir. Onun sözlərinə görə, heç bir həll yolu hansısa tərəfə zorla qəbul etdirilə bilməz.

“Həmsədr ölkələrin yüksək səviyyəli rəsmilərinin dəstəyi ilə tərəflər danışıqlarda iştirak edir və təmas xəttində zorakılıq riskinin azaldılması tədbirləri üzərində çalışır. Sülh prosesində tam proqresə nail olmaq üçün biz Azərbaycan və Ermənistan prezidentlərinin növbəti birgə görüşünü təşkil etmək imkanını nəzərdən keçiririk” - deyə, C. Uorlik qeyd edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1272