Uorlik həmsədrlikdən gedir


19:31     21 Noyabr 2016 ceymsuorlik23i1.jpg

Ceyms Uorlik ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri vəzifəsindən gedir.


Femida.az-ın məlumatına görə, bu barədə diplomat özünün "Twitter" hesabında yazıb.

O, həmsədr kimi səlahiyyətlərinin bu il dekabrın 31-də başa çatacağını bildirib.

"Mənim üçün 30 il Dövlət Departamentində xidmət etmək böyük şərəfdir", - deyə C. Urolik qeyd edib.

O, həmçinin bildirib ki, Rusiyanın ən böyük və nüfuzlu hüquq firmalarından olan "Yeqorov, Puqinski, Afanasyev və tərəfdaşları" şirkətinin tərəfdaşı olacaq.

Açar sözlər:

Oxunub: 1261