Zakir Həsənov İran səfiri ilə görüşüb
19:56 05 Avqust 2016
Avqustun 5-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə görüşüb.
MN-nin mətbuat xidmətindən Femida.az-a veirlən məlumata görə, müdafiə naziri Azərbaycan ilə İran arasında münasibətlərin inkişafında ölkə rəhbərlərinin görüşlərinin mühüm rol oynadığını və hərbi sahədə də əlaqələrin uğurla davam etdiyini bildirib.
Tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, hərbi təhsil və hərbi tibb sahəsində əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, o cümlədən regional problemlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə səfir M.Pakayin İran Silahlı Qüvvələrinin Azərbaycana yeni təyin olunan hərbi attaşesi, polkovnik Əli Seyfini müdafiə nazirinə təqdim edib.
General-polkovnik Z.Həsənov hərbi attaşeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb və hər iki ölkə arasında hərbi sahədə əməkdaşlığın daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Femida.az
Oxunub: 1227
Oxşar xəbərlər
- Zakir Həsənov şəxsi heyətlə iş üzrə zabitlərlə görüşüb
- Zakir Fərəcov iki məmuru işdən çıxardı
- Zakir Həsənov müşavirə keçirdi - Nazirdən tapşırıq
- Zakir Həsənov `Rembo`nu Gülhanəyə göndərdi
- Zakir Həsənov əsgər valideynləri ilə görüşdü - FOTOLAR
- Zakir Həsənov rumıniyalı həmkarı ilə görüşdü
- Zakir Həsənov tank bölmələrində olub
- Zakir Həsənov cəbhə xəttinə getdi - FOTOLAR
- Zakir Həsənov Anjey Kaspşik ilə görüşdü
- Zakir Həsənov yeni idarəetmə məntəqəsinin açılışında iştirak edib