Lənkəranskinin “sxodka”sına basqın - Diaspor üzvləri tutuldu


01:13     06 Avqust 2016 sxotkayabasqin.jpg

Rusiyanın Ural vilayətinin güc strukturlarının əməkdaşları avqustun 4-dən 5-nə keçən gecə məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (“Rövşən Lənkəranski”) qruplaşmasına daxil olan cinayətkar birləşmənin üzvlərinə qarşı xüsusi əməliyyat keçirib.



Virtualaz.org xəbər verir ki, Nijniy Tagildə keçirilən iri miqyaslı xüsusi əməliyyat zamanı cinayətkar “sxodka”nın 30 iştirakçısı saxlanılıb.

Bildirilir ki, hüquq-mühafizə orqanlarına “Rövşən Lənkəranski”nin qruplaşmasının toplantı keçirəcəyinə dair informasiya əvvəlcədən daxil olub. Və ənənəvi olaraq xüsusi təyinatlılar qruplaşma üzvlərini qəfil yaxalayıblar. Əməliyyat məlumatlarına görə saxlanılanlar reket yoluyla yerli biznesmenlərdən pul toplayan qruplaşmanın üzvləridir.

“Sxodka”da yerli azərbaycanlı diasporunun bir neçə tanınmış nümayəndəsi də olub. Onların kriminal “sxodka”ya hansı məqsədlə qatıldığı aydınlaşdırılır.

Açar sözlər:

Oxunub: 1695