Batan şəxs xilas edildi


03:14     06 Avqust 2016 kürde%20batdi9.jpg

Kür çayında batan şəxs xilas edilib.



Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Dövlət Sularda Xilasetmə Xidmətinə Şirvan şəhərində Kür çayında 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 14:55-də başa çatıb.

Açar sözlər:

Oxunub: 1022