Futbolçular qəzaya düşdü: 20 yaralı


02:44     07 Avqust 2016 seattle-bus-crash.jpg

Rumıniyanın futbol üzrə gənclərdən ibarət milli komandasını daşıyan avtobus yük maşını ilə toqquşub, nəticədə azı 20 nəfər xəsarət alıb.


Femida.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rumıniya FHN-nin məlumatında bildirilir.

Məlumata görə, qəza Hunedoara rayonunda baş verib. Yük maşını yol hərəkəti qaydalarını pozaraq, qarşı zolağa çıxıb və avtobusla toqquşub.

Avtobusda qəza zamanı 17-26 yaşlarında 18 gənc olub. Komanda Deva şəhərində keçiriləcəyi planlaşdırılan matça yollanırmış.

Femida.az

Açar sözlər:

Oxunub: 1228