İranın nüvə fiziki edam edildi


16:59     07 Avqust 2016 1470551926.Jpeg

İranda 2010-cu ildən bəri həbsdə saxlanılan nüvə fiziki Şəhram Əmiri bu gün edam edilib.



Femida.az xəbər verir ki, bu barədə “Manoto TV” məlumat yayıb.

Məlumata görə, alimin anası oğlunun edam edildiyini deyib.

Xatırladaq ki, fizik 2009-cu ildə Səudiyyə Ərəbistanında Ümrə ziyarəti zamanı itkin düşmüş, sonradan onun ABŞ-a getdiyi və Mərkəzi Kəfiyyat İdarəsi (CİA) tərəfindən qaçırıldığı məlum olmuşdu.

2010–cu ildə İrana qayıdan Əmiri ölkəsində qəhrəman kimi qarşılansa da, bir müddət sonra həbs edilimişdi.

Açar sözlər:

Oxunub: 1442