Əmisini bıçaqladı, əmisinin arvadını isə... - TƏFƏRRÜAT


20:23     08 Avqust 2016 efee06a38a7621fe733c411814a9b1ff.jpg

Şəkidəki bıçaqlaşmanın təfərrüatları üzə çıxdı.


Femida.az Kanal S-ə istinadən xəbər verir ki, hadisə Şəkinin Cəfərabad kəndində qeydə alınıb. Rusiya dövlətinin Tümen vilayətində qeydiyyatda olan Qiyas Rüstəmov və həyat yoldaşı Lyudmila Sazanova bir neçə gün əvvəl Cəfərabad kəndinə qonaq gəliblər. Orada onların Qiyas Rüstəmovun qardaşı oğlu Vüsal Rüstəmovla mübahisələri düşüb. Mübahisə zamanı Vüsal Rüstəmov doğma əmisi olan Qiyas Rüstəmova bıçaqla, onun həyat yoldaşına isə yaba ilə xəsarət yetirib.

Müxtəlif xəsarətlər alan Qiyas Rüstəmov və onun həyat yoldaşı Lyudmila Sazanova xəstəxanaya çatdırılıb.

Qiyas Rüstəmov - zərərçəkən: "Bizim ata-anadan yurd qalıb. Onun arvadı deyir ki, bura mənimdir. Mən də deyirəm ki, ortaya fakt, sənəd qoy ki, bura sənindir. Elə onu deyəndə, qan fışqırdı. Qaçıb aynəbəndə girdim. Bağladıq qapını. Zəng elədim təcili yardıma ki, bizi bıçaqlıyıblar".

Hadisəni törədən Vüsal Rüstəmov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.



Femida.az

Açar sözlər:

Oxunub: 1829