Azyaşlını ilan sancdı - Şəkidə


01:49     04 İyul 2015 9403578.jpg

Şəkidə 6 yaşlı uşağı ilan sancıb.


Femida.az xəbər verir ki, rayonun Kiçik Dəhnə kənd sakini, 2009-cu il təvəllüdlü Nurlan Sənan oğlu Nəsrullayev ilan sancması diaqnozu ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi zamanı məlum olub ki, 6 yaşlı Nurlan Nəsrullayevi baldır nahiyəsindən ilan sancıb. Uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan müalicəsini davam etdirmək üçün Bakıdakı Respublika Toksikologiya Mərkəzinə göndərilib./apa/

Açar sözlər:

Oxunub: 2483