Məmmədyarov pakistanlı həmkarına başsağlığı verdi


18:57     09 Avqust 2016 elmar%20memmed.PNG

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Pakistanın Bəlucistan əyalətinin mərkəzi Kvetta şəhərindəki xəstəxanada törədilmiş terror aktı ilə əlaqədar pakistanlı həmkarı Sərtac Əzizə başsağlığı məktubu ünvanlayıb.


XİN mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, məktubda E. Məmmədyarov çoxsaylı insan tələfatı ilə nəticələnən bu dəhşətli terror aktından dərin kədər hissi keçirildiyi bildirib və terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycanın terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pislədiyini qeyd edib.

E. Məmmədyarov bu terror aktı nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına dərin hüznlə başsağlığı verib və yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirib.

Qeyd edək ki, partlayış nəticəsində 100-dək insan həlak olub, xeyli yaralı var. Terror aktına görə məsuliyyəti həm "Taliban", həm də İŞİD öz üzərinə götürüb.

Açar sözlər:

Oxunub: 1186