Rusiya Türkiyəyə satdığı qazda endirimə getməyəcək


01:10     10 Avqust 2016 146.jpg

Türkiyəyə veriləcək qazın qiymətində endirim məsələsi gündəmdə deyil.


Femida.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.

Nazir bildirib ki, hazırkı situasiya iki il əvvəlki ilə müqayisədə xeyli fərqlidir:

“Bu məsələ gündəmə çıxarılmayıb və müzakirə olunmayıb. İndiki vəziyyət iki il əvvəlkindən fərqlidir, çünki, birincisi, qiymətlər xeyli aşağı düşüb və hazırkı kontrakt qiymətlərinin formulu üzrə təklif edilən qiymətlər kifayət qədər rəqabətlidir, bu səbəbdən, qeyd olunan məsələ sadəcə olaraq gündəmdə yoxdur”

Femida.az

Açar sözlər:

Oxunub: 1354