76 yaşlı kişi faciəli şəkildə öldü


13:39     10 Avqust 2016 meyit222.jpg

Şəkidə 76 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.


Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, avqustun 9-dan 10-a keçən gecə Şəki şəhəri Əliheydər Qarayev küçəsi ev 13 ünvanında yaşayan 1940-cı il təvəllüdlü Ziyəddin Həsən oğlu Abdurahmanov bədən xəsarətləri ilə xəstəxanaya daxil olub.

Məlum olub ki, Z. Abdurahmanov yaşadığı evin eyvanından yıxılaraq ağır bədən xəsarətləri alıb. Həkimlərin səyinə baxmayaraq, o, xəstəxanaya daxil olduqdan bir qədər sonra ölüb.

Faktla bağlı araşdırma aparılır.(Apa)

Femida.az

Açar sözlər:

Oxunub: 894