Sabunçuda qaz olmayacaq


13:42     10 Avqust 2016 1437540704_bu-rayonlarda-qaz-olmayacaq.jpg

Bu gün Bakı şəhəri Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.


“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Femida.az-a verilən məlumata görə, abonentlərin təbii qaza olan tələbatının təmin edilməsi, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması və yeni çəkilmiş qaz xətlərinin mənbəyə qoşulması ilə əlaqədar avqustun 10-da saat 09:00-dan 18:00- dək Sabunçu rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Binəqədi rayonu Sulutəpə ərazisinin qaz təchizatına da təsir göstərməsi mümkündür.

Açar sözlər:

Oxunub: 1351