Sabunçuda ağır qəza - İki avtomobil yararsız hala düşdü


00:25     12 Dekabr 2016 6a9589d6e724.jpg

Bu gün günorta saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində ağır yol qəzası baş verib.



Femida.az Musavat.com-a istinadən xəbər verir ki, hadisə nəticəsində iki minik avtomobili yararsız hala düşüb.

Ərazidən zibil daşıyan yük maşınının əyləc sistemi sıradan çıxaraq yol kənarında duran iki avtomobili əzib. Xoşbəxtlikdən avtomobillərin içərisində insan olmayıb. Lakin yol kənarında duran insanlardan biri yüngül xəsarət alıb.Daha sonra hadisə yerinə polis əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1035