Sevdiyi qızın evini yandıran oğlana 14 il həbs


19:38     03 İyul 2015 McU34swrU3uY.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevdiyi qızı ailəsi ilə birgə yandırmaq istəyən Röyal Fətəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə R. Fətəliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R. Fətəliyev atasının dostu Asif Əsgərovu söyüş söydüyü üçün döyüb. Bundan başqa, R. Fətəliyev tanış olduğu qızın ondan ayrılmaq istəməsindən əsəbiləşərək onların yaşadığı evin zirzəmisinə girərək evi yandırıb. Lakin yanğın söndürülüb və evdə olanlar xilas olublar.

Açar sözlər:

Oxunub: 1251